Pandemiya ilə əlaqədar ümumilikdə 2020-ci il ərzində Azərbaycandakı banklar tərəfindən 1,2 mlrd. manat məbləğində 52 minə yaxın kredit restrukturizasiya olunub və bu proses hazırda da davam edir.
"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir.
Qeyd olunub ki, restrukturizasiya olunmuş kreditlərin məbləğ üzrə 87%-i biznes, 9%-i istehlak, 4%-i ipoteka kreditlərinin payına düşüb.
"2020-ci ildə bank sektorunun maliyyə vasitəçiliyinin genişləndirilməsi və kredit əlçatanlığının artırılması istiqamətində də tədbirlər davam etdirilib", - hesabatda deyilir.