Çində inflyasiya 7 illik maksimuma yüksəlib

Çində inflyasiya 7 illik maksimuma yüksəlib
  • Clock-gray 11:08
  • calendar-gray 10 Dekabr 2019

Çində illik inflyasiya oktyabr ayında qeydə alınan 3,8%-dən noyabrda 4,5%-ə yüksəlib.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumatına görə, ölümcül virusun bazara təsiri ilə donuz əti qiymətlərində illik 110%-lik artım ölkənin istehlak qiymətləri indeksi səbətində yüksəlişə təkan verən əsas faktor olub.

Çində istehlak qiymətləri yeddi ilin zirvəsinə yüksəldiyi halda, istehsal qiymətləri aşağı düşməyə davam edib. Bu da öz növbəsində Mərkəzi Bankın iqtisadiyyatı dəstəkləmə cəhdlərini çətinləşdirib.

Statistik məlumatlara əsasən, istehsal qiymətləri indeksi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4% geriləyib.

Nərmin Rəhimova

Digər xəbərlər