Rusiyada apreldə ərzaq məhsullarının bahalaşması rekord səviyyədə olub

Rusiyada apreldə ərzaq məhsullarının bahalaşması rekord səviyyədə olub
# 08 may 2020 12:32 (UTC +04:00)

Bu ilin aprel ayında Rusiyada ərzaq məhsullarının qiyməti mart ayı ilə müqayisədə 1,7% artıb. Mart ayında isə ərzaq məhsullarının bahalaşması əvvəlki aya nisbətən 0,96% təşkil edib.

"APA-Economics"in Rusiyanın Federal Dövlət Statistika Xidmətinə istinadən verdiyi məlumata görə, apreldə ərzaq məhsullarının illik ifadədə bahalaşması 3,5% təşkil edib. Marta isə bu göstərici 2,2% olub.

Aprel ayında ərzaq məhsulların bahalaşması qlobal böhranın başladığı 2008-ci ilin aprel ayından bəri ən yüksək olub (2,2%). 2014-cü ilin aprel böhranında məhsullar daha az bahalaşmışdı – cəmi 1,3%.

Pərakəndə Satışlar Şirkətləri Birliyi aprel ayında ərzaq məhsullarının bahalaşmasını mart ayının ajiotajlı tələbi, zəifləyən rubl və logistika dəyişiklikləri ilə izah edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR