"S&P" QDTİB-in kredit reytinqlərini təsdiq edib

"S&P" QDTİB-in kredit reytinqlərini təsdiq edib
  • Clock-gray 10:05
  • calendar-gray 10 İyul 2020

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) emitentin uzunmüddətli və qısamüddətli kredit reytinqlərini "A-/A-2" səviyyəsində təsdiq edib. Reytinq üzrə proqnoz "müsbət" səviyyədə saxlanılıb.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, kredit reytinqləri bankın yüksək maliyyə gücünü və orta səviyyədə olan risk profillərini əks etdirir. "Müsbət" proqnoz isə QDTİB-in genişləndirmə strategiyası sayəsində regionda rolunun qarşıdakı 2 il ərzində gücləndirə biləcəyinə dair proqnozlarını əks etdirir.

"S&P" qeyd edir ki, COVID-19 pandemiyası bankın dövlət sektorunun kreditləşməsinə yönəlmiş strateji dəyişikliyini müvəqqəti ləngidəcək və kapital mövqeyini bir qədər zəiflədəcək.

Mirsəid İbrahimzadə

Digər xəbərlər