Zakir İbrahimov: "Dünya bazarlarında qızılın bahalaşması "AzerGold”a əlavə mənfəət gətirəcək"

Zakir İbrahimov: "Dünya bazarlarında qızılın bahalaşması "AzerGold”a əlavə mənfəət gətirəcək"
# 24 fevral 2020 12:31 (UTC +04:00)

Koronavirusun yayılmasının və müxtəlif geosiyasi amillərin mənfi təsiri nəticəsi olaraq dünya bazarlarında qızıla olan qiymətlərin artımı "AzerGold” QSC-yə əlavə mənfəət gətirəcək.

"APA-Economics”in məlumatına görə, bunu QSC-in sədri Zakir İbrahimov 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair mətbuat konfransında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, hazırda dünyada koronavirusun yayılması, müxtəlif geosiyasi proseslər qızıla olan qiymətlərin artımına gətirib çıxarıb. QSC-nin bu il üçün olan büdcənin formalaşdırılması zamanı müxtəlif qiymət ssenarisi nəzərdə tutulub: "Buna baxmayaraq, hazırda dünya bazarlarında qızıla olan qiymətlər QSC tərəfindən nəzərdə tutulan qiymətlərdən artıqdır, bu isə QSC üçün əlavə mənfəət yarada bilər".

Qeyd edək ki, qızılın 1 unsiyasının qiyməti 2,2% artaraq 1 679,7 ABŞ dollarına çatıb. Bu, 2013-cü ilin fevral ayından etibarən ən yüksək qiymətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR