İpoteka predmetinə tutma yönəldilməsinə dair yeni qayda müəyyənləşib

İpoteka predmetinə tutma yönəldilməsinə dair yeni qayda müəyyənləşib
  • Clock-gray 23:49
  • calendar-gray 20 İyul 2019

Nazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi ilə əlaqədardır.

İndiyə qədər ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” qanunda nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi aparılıb.

Dəyişikliyə əsasən, bundan sonra ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” qanunda nəzərdə tutulan məlumatı əks etdirən bildirişin surəti həm də “Daşınar əmlakın yüklülüyü haqqında” qanun ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi aparılacaq.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date