Rusiya paytaxtında son sutkada koronavirusa yoluxmuş xəstələrdən 12 nəfər dünyasını dəyişib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda yeni növ virusdan ölənlərin sayı 4611-ə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək 249 min insanda koronavirus aşkar olunub. Onların 191 mindən çoxu sağalıb.