"Sputnik V" peyvəndinin “Twitter” hesabına giriş məhdudlaşdırılıb

"Sputnik V" peyvəndinin “Twitter” hesabına giriş məhdudlaşdırılıb
# 15 yanvar 2021 01:16 (UTC +04:00)

“Sputnik V” koronavirusa qarşı peyvənd üçün “Twitter”də yaradılmış hesaba giriş məhdudlaşdırılıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya İnvestisiya Fondu məlumat yayıb.

Qeyd edilib ki, “Twitter”də peyvənd və onun işləmə mexanizmi barədə bütün məlumatları açıq şəkildə paylaşılıb. Hətta “AstaZeneca”ya “Sputnik V” peyvəndinin tərkib hissələrindən birini istifadə etmək təklif edilib və birgə klinik sınaqlar aparmaq barədə razılığa gəlinib.

Fonddan bildirilib ki, hazırda bunun səbəbləri araşdırılır.

Bütün abunəçilərdən “Twitter”lə əlaqə quraraq hesaba girişin bərpası üçün şirkətə müraciət etmələri xahiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR