Andrey Karaulovun Rusiyadan çıxışı məhdudlaşdırılıb - YENİLƏNİB

Andrey Karaulovun Rusiyadan çıxışı məhdudlaşdırılıb - YENİLƏNİB
# 03 noyabr 2022 16:29 (UTC +04:00)

Rusiyalı tanınmış jurnalist Andrey Karulovun Rusiyadan çıxışı müvəqqəti məhdudlaşdırılıb. APA-nın Moskva müxbiri xəbər verir ki, bu gün məhkəmə icraçıları tərəfindən məhkəmə qərarı əsasında təyin olunmuş 20 min rubl dəyərində cəriməni ödəmədiyinə görə Karaulovun Rusiya Federasiyası ərazisindən çıxışının müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edib

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, jurnalist böhtanla bağlı cinayət işi çərçivəsində ifadə verməyə çağırılmazdan öncə Rusiya Federasiyasının ərazisini tərk edə bilib.

Qeyd edək ki, bu gün hüquq-mühafizə orqanları tərəfindən Karaulovun Moskva vilayətindəki bağ evində axtarış aparılması ilə bağlı məlumat yayılıb.

14:01

***

Rusiyalı jurnalist Andrey Karaulovun evində axtarış aparılır.

APA TASS-a istinadən xəbər verir ki, polis axtarışı onun Moskva vilayətindəki evində aparır.

Prosesin böhtan ittihamı ilə bağlı açılan cinayət işi çərçivəsində aparıldığı bildirilir.

Jurnalist özü hazırda müalicə məqsədi ilə ölkə xaricindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR