Gürcüstan azərbaycanlıları elat bayramı keçirirlər

Gürcüstan azərbaycanlıları elat bayramı keçirirlər
# 26 iyul 2019 15:00 (UTC +04:00)

Gürcüstan azərbaycanlıları Dmanisi rayonunda yerləşən Armudlu yaylağında "Dmanisoba" adlandırılan elat bayramı keçirirlər.

APA-nın yerli bürosu xəbər verir ki, tədbirdə azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli regionunun bütün rayonlarından, Tbilisidən və Gürcüstanın digər bölgələrindən minlərlə azərbaycanlı iştirak edir. Azərbaycan elat mədəniyyətinə aid müxtəlif yarışların, sərgi və oyunların keçirildiyi bayram tədbirində ənənəvi cıdır yarışı da təşkil edilib.

Bayram tədbirində Azərbaycandan da çox sayda qonaq iştirak edir. Bayram tədbirində azərbaycanlılarla yanaşı Dmanisidə yaşayan digər xalqların nümayəndəlıri də öz mədəniyyətlərinə aid müxtəlif stendlər və səhnəciklər təqdim edirlər.

Tədbirdə iştirak edən Gürcüstan parlamentinin üzvü Ruslan Hacıyev bildirib ki, "Dmanisoba" bayramı rayonda yaşayan bütün etnik azlıqların birlik və bərabərliyi baxımından önəm daşıyır.

Qeyd edək ki, Daminisi rayonunun Armudlu yaylağında artıq elat bayramı 2009-cu ildən etibarən hər il keçirilir. 2016-cı ildən bayram tədbiri "Dmanisoba" adlandırılıb və Dmanisi rayonunda yaşayan müxtəlif etnik azlıqların birlik və bərabərlik bayramı kimi təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR