İrəvanda hökumət binasının qarşısında toplaşan tələbələr saxlanılıb

İrəvanda hökumət binasının qarşısında toplaşan tələbələr saxlanılıb
# 26 aprel 2022 12:52 (UTC +04:00)

İrəvanda polis əməkdaşları hökumət binasının qarşısında aksiya keçirən tələbələri saxlayıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, tələbələr ali təhsil müəssisələri önündə yürüşdən sonra hökumət binasının önünə gələrək Baş nazirə “hədiyyə” təqdim etməyə çalışıblar.

“Biz ona mütləq nə vaxtsa düşəcəyi həbsxanada lazım olacaq zəruri ərzaq məhsulları gətirmişik”, - tələbələrdən biri deyib.

Aksiya iştirakçıları “hədiyyə”ni binanın qarşısına qoya bilməyib və onlardan bir neçəsi saxlanılıb.

Bəzi tələbələr polis bölməsinə aparılıb, digərləri isə aksiyanı bitiriblər, amma yenidən aksiya keçirəcəklərinə söz veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR