Kreml: Sualtı qayıqdakı yanğınla bağlı bütün informasiyaların açıqlanmaması normaldır

Kreml: Sualtı qayıqdakı yanğınla bağlı bütün informasiyaların açıqlanmaması normaldır
# 03 iyul 2019 14:06 (UTC +04:00)

“Sualtı qayıqda baş verən yanğınla bağlı bütün informasiyaların açıqlanmaması normaldır”.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.

O bildirib ki, hərbçilərin ölümü ilə nəticələnən yanğınla bağlı bütün məlumatların açıqlanmaması “Dövlət sirri haqqında” Qanuna uyğundur: “Dövlət sirri kateqoriyasına aid informasiyalar var. Bu, dövlət sirri və dövlət təhlükəsizliyinin maraqlarına xidmət edir. Ona görə də, belə informasiyaların açıqlanmaması normaldır”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi iyulun 1-də Barens dənizində Hərbi Dəniz Donanmasına aid sualtı qayıqda baş vermiş yanğın nəticəsində 14 nəfərin həlak olduğu haqqında məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR