Lavrovun müavini: “Rusiya nüvə silahından istifadəyə dair yanaşmasını dəyişməyib”

Lavrovun müavini: “Rusiya nüvə silahından istifadəyə dair yanaşmasını dəyişməyib”
# 26 sentyabr 2022 15:43 (UTC +04:00)

Rusiyanın nüvə silahından mümkün istifadə məsələsinə yanaşmasında heç bir dəyişiklik baş verməyib, hər şey Rusiyanın hərbi doktrinasında və nüvə silahından çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarında müəyyən edilmiş müstəvidədir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Birinci Kanal”ın efirində deyib

“Həm açıq şəkildə, həm də amerikalılarla təmasda dəfələrlə qeyd etdiyimiz kimi, Rusiyanın bu mövzuya (nüvə silahından istifadə – red.) doktrinal yanaşmalarında heç bir dəyişiklik olmayıb, hər şey əvvəlki müstəvidə və eyni çərçivədə qalır. Bunlar bizim hərbi doktrinamız, həmçinin nüvə silahından çəkindirmə sahəsində dövlət siyasətinin əsasları ilə müəyyən edilir”, - deyə rusiyalı diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR