Rusiya Prezidenti Vladimir Putin BMT katibliyini Avropa İttifaqından Rusiya gübrələrinin üçüncü ölkələrə ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmağı tələb etməyə çağırıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammitində çıxışında bildirib.
O, BMT katibliyini Avropa Komissiyasının qərarına təsir göstərməyə və Aİ-dən Rusiya gübrələrinin üçüncü ölkələrə ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmağı tələb etməyə çağırıb.
Putin Rusiya Federasiyasının inkişaf etməkdə olan ölkələrə pulsuz olaraq 300 min ton gübrə göndərməyə hazır olduğunu təsdiqləyib.