Qazaxıstanda rusiyalıların axını fonunda təhlükəsizlik rejimi gücləndirilib

Kasım-Jomart Tokayev

© APA | Kasım-Jomart Tokayev

# 29 sentyabr 2022 18:13 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya vətəndaşlarının kütləvi axını fonunda təhlükəsizlik tədbirlərini gücləndirmək barədə qərar verib.

APA bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Daxili işlər naziri Marat Axmetjanov Prezident Kasım-Jomart Tokayevlə görüşdə Rusiya Federasiyası vətəndaşlarının gəlişi fonunda görülən təhlükəsizlik tədbirləri barədə danışıb, kriminogen vəziyyətin sabit olduğunu deyib.

Sentyabrın 21-də qismən səfərbərlik elan olunandan bəri Qazaxıstana 98 min Rusiya vətəndaşı daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR