Rusiya BMT İHŞ-nin Ukrayna üzrə xüsusi sessiyasında iştirak etməyəcək

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 10 may 2022 14:19 (UTC +04:00)

Rusiya nümayəndə heyəti Cenevrədə keçiriləcək BMT İnsan Hüquqları Şurasının (İHŞ) Ukrayna üzrə xüsusi sessiyasında iştirak etməyəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Təəssüflər olsun ki, xüsusi hərbi əməliyyatın əsl məqsədləri və "yerdəki" real vəziyyətlə bağlı arqument və izahatlarımız tamamilə nəzərə alınmır. Bu dəfə də onların dinlənməyəcəyi açıq-aydındır. Ona görə də Rusiya nümayəndə heyəti görüşdə iştirak etməyəcək”, - Rusiya XİN sözçüsü vurğulayıb.

Mayın 12-də BMT-nin İnsan Hüquqları Şurası “Rusiyanın təcavüzü nəticəsində Ukraynada insan hüquqlarının vəziyyətinin pisləşməsi”nə həsr olunmuş xüsusi sessiya keçirəcək. Qeyd olunub ki, növbədənkənar sessiya Ukraynanın mayın 9-da verdiyi və 47 dövlət tərəfindən dəstəklənən rəsmi müraciət əsasında çağırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR