Rusiya MN: Ukraynanın raket kateri məhv edib

İqor Konaşenkov

© APA | İqor Konaşenkov

# 08 may 2022 12:15 (UTC +04:00)

Rusiya Hava Kosmik Qüvvələri yüksək dəqiqlikli havadan buraxılan raketlərlə Çervonoqlinskoye hərbi aerodromunun rabitə mərkəzini, həmçinin Odessa vilayətində Ukrayna Hərbi Dəniz Qüvvələrinin 1241 layihəli korvetini (raket kateri-red ) məhv edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

Konaşenkovun sözlərinə görə, bundan başqa, Rusiya Silahlı Qüvvələrinin raket qüvvələri və artilleriya qoşunları Xarkov vilayətində S-300 zenit kompleksinin iki qurğusunu məhv edib: “Raket və artilleriya qoşunları Xarkov vilayətinin Korotiç yaşayış məntəqəsi yaxınlığında 56 komanda məntəqəsini, 32 artilleriya atəşi mövqeyini, Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 415 ərazini, həmçinin S-300 zenit-raket komplekslərinin iki buraxılış qurğusunu vurub”.

Konaşenkov Rusiya hərbi aviasiyasının həmçinin Ukraynanın 130 hərbi obyektini, o cümlədən atəş mövqelərindəki iki artilleriya batareyasını vurduğunu bildirib: "Əməliyyat-taktiki və ordu aviasiyası Ukraynanın 130 hərbi obyektini vurub. Onların arasında üç komanda məntəqəsi, şəxsi heyətin və hərbi texnikanın cəmləşdiyi 123 ərazi, atəş mövqelərində iki artilleriya batareyası və Baxmut və Kraspolyedə iki raket və artilleriya silahı və sursat anbarı var. Zərbələr nəticəsində 420-yə qədər millətçi öldürülüb, 55 hərbi texnika sıradan çıxarılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR