Rusiya Nəqliyyat Nazirliyi: Azərbaycan təyyarələrimizi həbs etməyib - EKSKLÜZİV

Rusiya Nəqliyyat Nazirliyi: Azərbaycan təyyarələrimizi həbs etməyib - EKSKLÜZİV
# 23 mart 2022 17:39 (UTC +04:00)

"Azərbaycan Rusiya aviakompaniyalarına məxsus təyyarələri həbs etməyib".

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, martın 22-də Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyevin Federasiya Şurasının iqtisadi siyasət komitəsində çıxışı zamanı səsləndirdiyi məlumat təsadüfən səslənən səhv olub:

“Azərbaycanda Rusiya aviaşirkətlərinin təyyarələri həbs edilməyib. Bu məlumat təsadüfi səhv olub. Azərbaycan Respublikasından olan həmkarlarımızdan üzr istəyirik”, deyə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR