Rusiya ordusu Ukraynaya məxsus 4 silah anbarını məhv edib

İqor Konaşenkov

© APA | İqor Konaşenkov

# 26 aprel 2022 21:01 (UTC +04:00)

Ukrayna ordusuna aid 32 obyekt və 4 silah anbarı yüksək dəqiqlikli raketlərin tətbiqi ilə məhv edilib.

APA-nın məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Gün ərzində yüksək dəqiqlikli raketlərlə Ukraynada 32 hərbo obyekt məhv edilib. Onların arasında 20 canlı qüvvənin cəmləşmə rayonu 4 raket anbarı və 1 komanda müşahidə məntəqəsi var” – deyə general bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR