Rusiyalı mütəxəssis COVID-19 xəstəsi ilə təmasdan sonra nə etməli olduğunu açıqlayıb

Aleksey Xuxrev

© APA | Aleksey Xuxrev

# 20 yanvar 2022 08:22 (UTC +04:00)

“Rusiyada hər gün koronavirusa yoluxma hallarının sayı artır. Eyni zamanda, bəzi xəstələr ciddi xəstəliklər yaşamadıqları üçün vəziyyətlərindən xəbərsizdirlər. COVID-19-a yoluxma hallarının artması kontekstində heç kim yoluxmuş şəxslə görüşməkdən sığortalanmayıb”.

APA xəbər berir ki, bunu “Sputnik” radiosuna müsahibəsində rusiyalı həkim-terapevt Aleksey Xuxrev koronavirus daşıyıcısı ilə təmasda olanlara xitabən bildirib.

Mütəxəssis bildirib ki, COVID-19-un simptomlarının yumşaq olması, hətta koronavirus daşıyıcısında simptomların olmaması onun digər insanlar üçün təhlükə yaratdığını inkar etmir:
“Yaxınlarda COVID-19-a yoluxmuş biri ilə təmasda olduğunuzu düşünürsünüzsə, ehtiyat tədbirləri görmək daha yaxşıdır. Xüsusilə burnu yumaq, C və D vitaminləri qəbul etmək xəstəliyin inkişaf riskini azalda bilər. Bəzi həkimlər deyirlər ki, “interferon alfa” (kəskin respirator virus infeksiyalarının qarşısının alınması üçün vasitə) buruna yeridilə bilər və bu, koronavirus infeksiyasının inkişaf ehtimalını azaldacaq. Bəlkə bu kömək edər, amma bu ehtimalı təsdiqləyən dəqiq məlumat hələ yoxdur. İnanıram ki, hər halda C vitamini və D vitamini içməyin zərəri olmayacaq. Burnunuzu da yaxalaya bilərsiniz”.

Onun sözlərinə görə, məsələn, son vaxtlar həmsöhbətinizdə soyuqdəymə əlamətləri varsa, belə tədbirlərin görülməsi məqsədəuyğun olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR