Şoyqu: “Rusiyanın qərb sərhədlərində hərbi təhdidlər artır”

Şoyqu: “Rusiyanın qərb sərhədlərində hərbi təhdidlər artır”
# 20 may 2022 13:25 (UTC +04:00)

Rusiya sərhədləri yaxınlığında qərb strateji istiqamətdə vəziyyət hərbi təhdidlərin artması ilə xarakterizə olunur.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu MN-nin kollegiya iclasında bildirib.

"Son səkkiz ildə ABŞ-ın strateji bombardmançı təyyarələrinin Avropada uçuşlarının intensivliyi 15 dəfə (ildə 3-dən 45-ə) artıb. İdarə olunan raket silahları ilə təchiz olunmuş Amerika gəmilərinin Baltik dənizinə səfərləri sistemli xarakter alıb”, - deyə Rusiya müdafiə naziri vurğulayıb.

Şoyqu qərb sərhədlərindəki təhdidlərə cavab məqsədilə 2022-ci ilin sonuna qədər Qərb Hərbi Dairəsində 12 yeni hərbi hissə və bölmənin yaradılacağını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR