Ermənistan Çin istehsalı olan AR1A raket komplekslərini alıb

Ermənistan Çin istehsalı olan AR1A raket komplekslərini alıb
# 19 avqust 2013 22:22 (UTC +04:00)

Bakı-APA. Ermənistan Çin istehsalı olan AR1A raket komplekslərini alıb. APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bu xəbəri “Azadlıq Radiosu” yayıb.

Sözügedən komplekslər 130 km məsafədə hədəfləri məhv etmək qabiliyyətinə malikdir.

AR1A kompleksləri Rusiya istehsalı olan “Smerç”lərin müasirləşdirilmiş variantı sayılır.

Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan “Azadlıq Radiosu”a açıqlamasında AR1A komplekslərinin alınması xəbərini nə təsdiq, nə də təkzib edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR