Bank Of Baku

Zaxarova: “Rusiya-Ukrayna danışıqları davam edir”

Zaxarova: “Rusiya-Ukrayna danışıqları davam edir”
# 20 aprel 2022 18:03 (UTC +04:00)

Rusiya və Ukrayna nümayəndə heyətləri Ukraynadakı situasiyanın nizamlanması üçün danışıqları davam etdirir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Rusiya və Ukrayna nümayəndə heyətləri Ukraynadakı situasiyanın nizamlanması, onun neytral, nüvə silahından azad və hərbi bloklardan kənar statusu barədə müzakirə aparır”, - Zaxarova vurğulayıb.

XİN rəsmisi qeyd edib ki, müzakirələrin gündəliyində demilitarizasiya, denasifikasiya məsələləri, rus dilinin rəsmi statusunun bərpası, Krımın Rusiyaya məxsusluğu və “DXR"-lə “LXR”-in müstəqilliyi məsələləri daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR