Türkdilli ölkələrin musiqisini təbliğ edəcək yeni telekanal açılacaq

Türkdilli ölkələrin musiqisini təbliğ edəcək yeni telekanal açılacaq
# 17 noyabr 2008 14:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Gələn ay türkdilli ölkələrin musiqisini təbliğ edəcək yeni telekanal açılacaq. Bu barədə APA-ya “Türk Müzik Birliyi” (TMB) adlanan telekanalın sahibi Naim Burhan Elçi məlumat verib. O bildirib ki, yeni telekanal Türkiyə və Azərbaycan da daxil olmaqla, 17 türkdilli cümhuriyyətdə yayımlanacaq: “Hazırda Türkiyədə çoxlu musiqi kanalları var. Azərbaycan və digər türk cümhuriyyətlərində isə belə kanallar yoxdur. Yeni kanal türkdilli ölkələr arasında mədəni birlik qurmaqla əlaqələri daha da möhkəmləndirəcək”. N. B. Elçi deyib ki, Türkiyə sənətçilərini Azərbaycanda yaxşı tanıyırlar, lakin Azərbaycan sənətçiləri Türkiyədə o qədər də tanınmır.

TMB Azərbaycanda kabel televiziyası vasitəsilə yayımlanacaq. Azərbaycana məhz bununla bağlı gəldiyini söyləyən N. B. Elçi Milli Teleradio Şurasında görüşlər keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR