Azər Paşa Nemətov İkinci Fəxri Xiyabanda dəfn olunub - FOTO - YENİLƏNİB-1

Azər Paşa Nemətov  İkinci Fəxri Xiyabanda dəfn olunub - FOTO   - YENİLƏNİB-1
# 10 aprel 2023 16:12 (UTC +04:00)

Akademik Milli Dram Teatrının bədii rəhbəri, teatrın baş rejissoru və direktoru Xalq artisti Azər Paşa Nemətov İkinci Fəxri Xiyabanda dəfn olunub.

APA xəbər verir ki, əvvəlcə mərhumla Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib.

Mərasimində mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

Daha sonra cənazə İkinci Fəxri Xiyabana aparılaraq dəfn olunub.

Xatırladaq ki, Azər Paşa Nemətov dünən 76 yaşında qəflətən ürəktutmasından vəfat edib.

***

15:31

Akademik Milli Dram Teatrının bədii rəhbəri, teatrın baş rejissoru və direktoru Xalq artisti Azər Paşa Nemətovla vida mərasimi başa çatıb.

APA xəbər verir ki, Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azər Paşa Nemətovun həyat və yaradıcılığı barədə geniş məlumat verib.

Çıxış edən Xalq artisti Nurəddin Mehdixanlı Azərbaycan teatrı yaşadıqca Azər Paşa Nemətovun da yaşayacağını qeyd edib.

Xalq artisti Hacı İsmayılov Azər Paşa Nemətovun Azərbaycan teatı üçün səyləri barədə geniş söz açıb.

Çıxışlar bitdikdən sonra Azər Paşa Nemətovun cənazəsi dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılıb.

Xatırladaq ki, Azər Paşa Nemətov dünən 76 yaşında qəflətən ürəktutmasından vəfat edib.

***

15:15

Akademik Milli Dram Teatrının bədii rəhbəri, baş rejissoru və direktoru Azər Paşa Nemətovla vida mərasimi davam edir.

APA xəbər verir ki, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva mərasimdə iştirak edir.

Vida mərasimi yekunlaşdıqdan sonra canazə dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılacaq.

***

12:22

Akademik Milli Dram Teatrının bədii rəhbəri, teatrın baş rejissoru və direktoru Xalq artisti Azər Paşa Nemətovla vida mərasimi keçirilir.

APA xəbər verir ki, Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edir.

Vida mərasiminin ardından cənazə İkinci Fəxri xiyabana aparılacaq və orada dəfn olunacaq.

Xatırladaq ki, Azər Paşa Nemətov dünən 76 yaşında qəflətən ürəktutmasından vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR