Şəfiqə Məmmədova yenidən ARKİ-nin sədri seçilib

Şəfiqə Məmmədova yenidən ARKİ-nin sədri seçilib
# 20 dekabr 2022 13:53 (UTC +04:00)

Xalq artisti Şəfiqə Məmmədova yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Bu barədə APA-ya ARKİ-dən bildirlib.

Qeyd olunub ki, İttifaqın Nizamnaməsinə uyğun olaraq növbəti ümumi yığıncaq keçirilib. Yığıncaqda İttifaqın sədri Şəfiqə Məmmədova geniş hesabat məruzəsi ilə çıxış edib.

Ötən müddətdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub, perspektiv plan müəyyənləşdirilib. Belə ki, 2023 – cü ildə ilboyu ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin, Azərbaycan Kinosunun 125, C.Cabbarlı adına Azərbaycan Film Kinostudiyasının 100 illik, görkəmli kinorejissor Rasim Ocaqovun 90 illik yubileylərinin keçirilməsi, eləcə də tanınmış kino xadimləri ilə bağlı və digər önəmli tədbirlərin reallaşdırılması qərara alınıb.

Şəfiqə Məmmədova iclas iştirakçılarının yekdil razılığına əsasən yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin Sədri seçilib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin yenilənmiş tərkibi yığıncaq iştirakçıları tərəfindən təsdiq olunub. Sonra İdarə Heyəti üzvləri arasından 9 nəfərdən ibarət Katiblik seçilib. Şəfiqə Məmmədova yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri seçilməsi ilə bağlı göstərilən etimada görə təşəkkürünü bildirib və qarşıdakı dövrdə də ona bəslənilən ümidləri var qüvvəsi ilə doğruldacağını əmin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR