Xalq rəssamı Baba Əliyevin 100 illik yubiley sərgisi keçiriləcək

Xalq rəssamı Baba Əliyevin 100 illik yubiley sərgisi keçiriləcək
# 02 iyun 2016 09:38 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. İyunun 7-də Milli İncəsənət Muzeyində xalq rəssamı Baba Əliyevin 100 illik yubiley sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarında saxlanılan əsərləri ilə yanaşı ailə kolleksiyasında qorunan əsərləri də nümayiş etdiriləcək.

Baba Əliyev 22 mart 1915-ci ildə Bakının Zirə qəsəbəsində anadan olub. 1937-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib, 1940-1941-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. 1964-cü ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 1982-ci ildə isə xalq rəssamı fəxri adına layiq görülüb. SSRİ Rəssamlar İttifaqının üzvü olub. 27 mart 1991-ci ildə vəfat edib.

Onun yaradıcılığında əsas yeri portret və natürmort janrları təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR