Binəqədi rayon İH Milli mətbuat Günü ilə bağlı "Asan Radio" və İTV-yə ekskursiya təşkil edib

Binəqədi rayon İH Milli mətbuat Günü ilə bağlı "Asan Radio" və İTV-yə ekskursiya təşkil edib
# 23 iyul 2018 12:47 (UTC +04:00)

Binəqədi Rayon İcra Hakimiyyəti 22 iyul - Milli Mətbuat günü münasibətilə "Asan Radio" və İctimai TV-nin inzibati binalarına ekskursiya təşkil edib.

Ekskursiyada Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon Gənclər və İdman idarəsinin rəisi Elvin Aslanov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, YAP Binəqədi rayon təşkilatının fəal gəncləri iştirak edib.

Gənclərin böyük marağna səbəb olan görüşlər zamanı "Asan Radio"nun direktoru Emin Musavi və İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru Balakişi Qasımovun iştirakı ilə çay süfrəsi ətrafında söhbət olub.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva hər iki qurumun kollektivini 22 iyul – Milli Mətbuat günü münasibəti ilə təbrik edib, respublikamızda və onun ətrafında baş verən hadisələrin ictimaiyyətə çatdırılmasında, onların geniş analitik təhlil edilməsində, Azərbaycanda gedən demokratik dəyişikliklərin beynəlxalq aləmdə şərh edilməsində obyektivlik, prinsipiallıq, yüksək professionallıq və əsl vətəndaşlıq mövqeyi arzulayıb.

Hər iki mətbuat orqanında kollektivin və gənclərin iştirakı ilə rəmzi tort kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR