“Yeni Müsavat” Əli Kərimlinin kollaj edilmiş şəkillərinin Rauf Arifoğlunun elektron ünvanından göndərilmədiyini bildirir

“Yeni Müsavat” Əli Kərimlinin kollaj edilmiş şəkillərinin Rauf Arifoğlunun elektron ünvanından göndərilmədiyini bildirir
# 18 may 2007 14:42 (UTC +04:00)
“AXCP sədri Əli Kərimlinin kollaj edilən şəkilləri “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun elektron ünvanından göndərilməyib”. Bu barədə APA-ya “Yeni Müsavat” qəzetinin redaksiyasından bildirilib. Məlumatda qeyd olunur ki, rauf_arifoğ[email protected] ünvanından ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə göndərilən kollaj edilmiş şəkillər bir qədər əvvəl “Müasir Müsavat” qəzetində dərc olunub: “Bu hərəkətin edilməsi Rauf Arifoğluna qarşı təxribatdır. Qeyd olunan elektron ünvan “Yeni Müsavat”ın baş redaktoruna aid deyil”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR