“Təzadlar” qəzeti “Qaçqınkom”a qarşı iddiasını geri götürüb

“Təzadlar” qəzeti “Qaçqınkom”a qarşı iddiasını geri götürüb
# 30 may 2007 16:30 (UTC +04:00)
“Təzadlar” qəzetinin Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması iddiası ilə Yasamal Rayon Məhkəməsinə etdiyi şikayətə baxılıb. “Təzadlar” qəzetindən APA-ya verilən məlumata görə, qəzetin sorğusu Nazirlər Kabinetinin 7 iyun 1993-cü il tarixli 257 saylı qərarına əsasən, “Qaçqınkom” “Xəzri” mehmanxanasında məskunlaşmış məcburi köçkünlərin kommunal xərclərinin mehmanxanaya ödənilməsi ilə bağlı olub. Məcburi köçkünlərin müraciətini nəzərə alan “Təzadlar” qəzeti aprelin 11-də “Qaçqınkom”un sədri Ə. Həsənova rəsmi sorğu göndərib. Sorğuya cavab verilmədiyinə görə redaksiya məhkəməyə müraciət edib. Bu gün keçirilən məhkəmə prosesində “Qaçqınkom”un nümayəndəsi “Təzadlar”ın sorğusunu cavablandırdığı üçün qəzet öz iddiasını geri götürüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR