Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov dünyasını dəyişib - YENİLƏNİB

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov dünyasını dəyişib - <span style="color: red;">YENİLƏNİB
# 10 fevral 2013 11:05 (UTC +04:00)

AMEA-nın vitse-prezidenti Arif Həşimov APA-ya bildirib ki, M. Kərimov dünən gecə saatlarında dünyasını dəyişib. O, akademikin bir müddətdir ki, xəstəlikdən əziyyət çəkdiyini də bildirilib.

A. Həşimov M. Kərimovla vida mərasiminin, həmçinin onun dəfni ilə bağlı təfərrüatların gün ərzində müəyyənləşəcəyini də qeyd edib.

APA-nın əldə etdiyi məlumata görə, dünən günorta saatlarında M. Kərimovun vəziyyəti qəflətən pisləşib, onun ürəyində kəskin ağrılar başlayıb. Akademik dərhal Azərbaycandakı xəstəxanalardan birinə çatdırılsa da, onun təcili olaraq Türkiyəyə aparılmasına qərar verilib. Axşam saatlarında o, xüsusi təyyarə və həkimlərin müşayiəti ilə Türkiyəyə yola salınıb, lakin təyyarə havadaykən, M. Kərimov dünyasını dəyişib.

Əldə etdiyimiz son məlumata görə, M. Kərimovla vida və dəfn mərasimi sabah keçiriləcək.

Qeyd edək ki, M. Kərimov 18 oktyabr 1948-ci ildə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib.

Yarımkeçicilər və dielektriklər fizikası ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib.

O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR