Tokio qubernatoru: “Olimpiadanın ləğvi barədə düşünmürəm”

Tokio qubernatoru: “Olimpiadanın ləğvi barədə düşünmürəm”
# 19 mart 2020 11:08 (UTC +04:00)

“Olimpiya Oyunlarının ləğv edilməsi və ya azarkeşsiz keçirilməsi barədə düşünmürəm. Biz yarışın keçirilməsi ilə bağlı məsələdə Beynəlxalq Olimpiya Komitəsi, Yaponiya hökuməti ilə sıx əlaqədəyik”.

Apasport.az saytının məlumatına görə, bunu Yaponiyanın paytaxtı Tokionun qubernatoru Yuriko Koike deyib.

Bu il keçirilməli olan Yay Olimpiya Oyunları barədə fikirlərini açıqlayan şəhər rəsmisi koronavirus pandemiyasının yarışların baş tutmasına mane olmayacağını bildirib: “Koronavirusla mübarizə təhlükəsizlik və etibarlı Olimpiada baxımından vacibdir. Amma indi hələ yarışla bağlı qərarın nə zaman verilməsini müzakirə etmək vaxtı deyil”.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR