Azərbaycan Tokio-2020-yə daha 2 lisenziya qazanıb

Azərbaycan Tokio-2020-yə daha 2 lisenziya qazanıb
  • Clock-gray 20:09
  • calendar-gray 13 Oktyabr 2019

Azərbaycan millisi 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına daha 2 lisenziya qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından APA-ya verilən məlumata görə, idman gimnastlarımız - Marina Nekrasova və İvan Tixonov Olimpiadada iştirak hüququna yiyələniblər. 

Onlar lisenziyaya Almaniyanın Ştutqart şəhərində keçirilmiş dünya çempionatının çoxnövçülük üzrə təsnifat mərhələlərində yetərli xal toplayaraq sahib olublar. 

Bununla da Azərbaycan yığmasının Tokio-2020-yə qazandığı vəsiqələrin sayı 9-a çatıb. 

M. Nekrasova və İ. Tixonovdan öncə bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev, güllə atıcısı Ruslan Lunyov, güləşçilər Mariya Stadnik və Şərif Şərifov da bu hüquqa yiyələnib.

Qeyd edək ki, Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date