Bakı-2019: Azərbaycan voleybolçuları Festivalı qələbəsiz başa vurublar 

Bakı-2019: Azərbaycan voleybolçuları Festivalı qələbəsiz başa vurublar 
# 27 iyul 2019 14:16 (UTC +04:00)

Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında voleybol yarışları davam edir.

APA-nın məlumatına görə, oğlanlardan ibarət Azərbaycan yığması son oyununu keçirib.

Millimiz 7-ci yer uğrunda matçda qüvvəsini sınayıb. Komandamız qrupda da üz-üzə gəldyi Almaniya ilə görüşüb. Yığmamız turnirdə ilk setini qazansa da, qarşılaşma Bundestimin qələbəsi ilə başa çatıb – 3:1 (25:22, 34:32, 26:28, 25:20).

Bununla da yığmamız festivalı 8-ci pillədə başa vurub.

Qeyd edək ki, millimiz bunadək qrupda Almaniya, Belarus və Rusiyaya, 5-8-ci yerlər uğrunda görüşdə Bolqarıstana eyni – 0:3 hesabı ilə uduzmuşdu.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR