Tomas Bax Tokio-2020-nin xərclərini açıqlayıb 

Tomas Bax

© APA | Tomas Bax

# 20 iyul 2021 10:29 (UTC +04:00)

Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarına xərclənən vəsait bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax açıqlayıb.

O bildirib ki, yarışın uğur qazanması üçün 1,7 milyard dollar xərclənib: “Qazancın 90 faizini dünya idmançılarına xərcləyirik. Bu da 5 milyard dollardır. Biz Tokio Olimpiya və Paralimpiya Oyunlarına 1,7 milyard dollar ayırmışıq. Biz bütün olimpiya komandalarının iştirakını təmin edirik”.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR