Ailə başçısını itirməyə görə şərti əmək pensiyası müəyyənləşəcək

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 28 iyun 2022 17:44 (UTC +04:00)

Şərti əmək pensiyası anlayışı olacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Əmək pensiyaları haqqında” qanunda əksini tapıb.

Fərmana əsasən, şərti əmək pensiyası ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması zamanı şəxsin vəfat etdiyi tarixə əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) münasibətdə hesablanan şərti pensiya məbləği olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR