Azərbaycan əczaçılıq məhsullarının idxalını artırıb

Azərbaycan əczaçılıq məhsullarının idxalını artırıb
# 15 avqust 2020 11:23 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 214 067,17 min ABŞ dolları dəyərində 13 339,59 ton əczaçılıq məhsulları idxal edilib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin yeddi ayında Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,2%, həcmi isə 66% artıb.

Təkcə bu ilin iyul ayı ərzində ölkə 33 284 min manat dəyərində 1 595,24 ton sözügedən məhsullardan idxal edib ki, bu da iyun ayı ilə müqayisədə dəyər ifadəsində 13,6% çox, həcm ifadəsində isə 18,5% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR