IKEA 70 ildən sonra çap kataloqunun buraxılışını dayandırır

IKEA 70 ildən sonra çap kataloqunun buraxılışını dayandırır
# 07 dekabr 2020 18:01 (UTC +04:00)

İsveçin IKEA şirkəti 70 ildən sonra çap kataloqunun buraxılışını dayandıracaq.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.

Kataloqun çap versiyasının dayandırılması qərarının şirkətin davamlı olaraq daha rəqəmsal bir sistemə keçidi və onlayn satışların artması ilə əlaqəli olduğu qeyd olunur. Ötən il dünya üzrə IKEA-nın onlayn pərakəndə satışları 45% artıb, IKEA.com internet səhifəsinin ziyarətçilərinin sayı isə 4 mlrd. çox olub.

Xatırladaq ki, kataloq ilk dəfə 1951-ci ildə 285 min nüsxə tirajla nəşr olunub. İlk vaxtlar kataloq yalnız İsveçin cənubunda paylanılırdı. Kataloqun rekord sayda dərci 2016-cı ildə qeydə alınıb. Həmin il sözügedən kataloq 32 dildə 200 mln. çox nüsxə ilə buraxılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR