"Vestel" Berlində yeni məhsullarını nümayiş etdirib

"Vestel" Berlində yeni məhsullarını nümayiş etdirib
# 13 sentyabr 2019 14:14 (UTC +04:00)

Türkiyənin “Vestel” şirkəti Berlində təşkil olunan “IFA-2019” sərgisində yeniliklərini nümayiş etdirib.

“Vestel”dən “APA-Economics”ə verilən məlumata görə, şirkət sərgidə 3 000 kvadrat metrlik stendi ilə təmsil olunub.

"Öz texnologiyasını 155 ölkəyə ixrac edən və 21 ildir Türkiyənin elektronika ixracatı lideri olan “Vestel” bütün fəaliyyətlərində "Ağıllı Həyat 2030" hədəfinə uyğun olaraq, insanların, cəmiyyətin və ümumilikdə planetimizin gələcək rifahını təmin etmək üçün çalışır və davam etdirilə bilən texnoloji həllərin istehsalına fokuslanır. Bu hədəf üzrə fəaliyyət göstərərək istehsal etdiyimiz ən az elektrik enerjisi və su işlədən, yuyucu tozsuz yuma funksiyasına sahib, vakuum cihazları ilə qidaların istifadə ömrünü uzadan ev əşyalarımız müştərilər tərəfindən rəğbətlə qarşılanır", - deyə, “Vestel”in xarici ticarət üzrə direktoru Seda Kaya qeyd edib.

Enerji ehtiyatlarının get-gedə azaldığı dünyamızda insanlar təbiət dostu və daha az sərfiyyat tələb edən məhsullara doğru meyl edir. “Vestel” də bu tendensiyaya xüsusi diqqətlə yanaşır. Təsadüfi deyil ki, bu şirkətin məhsulları dünya rekordu səviyyəsində elektrikə və suya qənaət edir.

Təbiət dostu texnologiyaları ilə sərgidə diqqətləri özünə cəlb edən "Vestel"in yeni qabyuyan maşınları həm də meyvə-tərəvəz yuma funksiyasına sahibdir. Araşdırmalara görə, bir evdə meyvə-tərəvəz yuyulduqda ildə orta hesabla 18 ton su sərf edilir. “Vestel”in innovativ məhsulu da bu problemin həllini azaltmaq məqsədi daşıyır.

Şirkətin işləyib hazırladığı unikal “Sterili Zone” texnologiyası ilə təchiz edilmiş paltaryuyan maşınlar isə əlavə kimyəvi maddələrdən istifadənin qarşısını alır. Belə ki, cihazın qapağına quraşdırılmış xüsusi ultrabənövşəyi şüaya yan mənbə, paltarları emal edərək, bakteriyaların DNT-sinə nüfuz edir və onların yenidən artmasını əngəlləyir.

“IFA 2019”da sərgilənən digər “Vestel” məhsullarından “Thaw Tech” texnologiyasına sahib soyuducu xüsusi diqqət çəkib.Bu texnologiya vasitəsilə dondurucuda saxlanan qidaların uzaqdan idarə edərək sağlam formada donunu açmaq mümkündür.

"Vestel"in rekordçu məhsullarından olan “Hydro Charge” texnologiyalı paltaryuyan maşın, çox az miqdarda yuyucu tozla kifayətlənərək, həm paltarları effektiv yuyur, həmdə təbiəti qorumağa yardım edir. ”Hydro Boost” texnologiyasına sahib olan paltaryuyan maşın isə su və yuyucu toz məhlulunu baraban içindəki 14 fərqli nöqtədən paltarlara su çiləyərək məhlulun parçaya daha çox hopmasını təmin edir.

Sərgidə ümumilikdə 100 ölkədən 1 800-dən çox məhsul, texnologiya və dizayn həvəskarlarına təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR