Bakı - APA-Economics. Vergilər Nazirliyi "Sollers Healthcare Products LP" şirkətinin Azərbaycandakı nümayəndəliyini dövlət qeydiyyatına alıb.
"APA-Economics" "Vergilər" qəzetinə istinadən xəbər verir ki, şirkət cari ilin iyun ayının 10-da qeydiyyatdan keçib.
Nümayəndəliyin qanuni təmsilçisi Zərinə Abdullazadədir.
Qeyd edək ki, "Sollers Healthcare Products LP" Böyük Britaniya şirkətidir və tibbi reabilitasiya sahəsində ixtisaslaşıb.