Bakıda növbəti beynəlxalq ticarət və sənaye sərgisi keçiriləcək

Bakıda növbəti beynəlxalq ticarət və sənaye sərgisi keçiriləcək
# 07 may 2022 11:01 (UTC +04:00)

Bu ilin 15-18 may tarixlərində Bakıda növbəti “CASPINDEXPO 2022” beynəlxalq ticarət və sənaye sərgisi keçiriləcək.

APA-Economics”in məlumatına görə, sərgidə Azərbaycanla yanaşı, Türkiyə, Türkmənistan, Qazaxıstan, İran və Rusiya iş adamları iştirak edəcək.
Sərgi çərçivəsində 16 may tarixində təşkil olunacaq biznes forumda sahibkarlar arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, sərgi “International Fairs Trade Group” şirkətinin təşkilatçılığı, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – “Azpromo” və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR