Sahibkarlara 69,4 mln. manat faiz subsidiyası veriləcək

Sahibkarlara 69,4 mln. manat faiz subsidiyası veriləcək
# 23 sentyabr 2022 14:02 (UTC +04:00)

Bu ilin 1 sentyabr tarixinə Azərbaycanda mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi çərçivəsində kredit qalığı 850,3 mln. manat təşkil edən 5023 müraciət üzrə 69,4 mln. manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib.

APA-Economics” xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir əlavə edib ki, 5005 kredit üzrə sahibkarlara 65,9 mln. manat faiz subsidiyası ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR