ABŞ neft hasilatını daha da azaldacaq - PROQNOZ

ABŞ neft hasilatını daha da azaldacaq -  PROQNOZ
# 08 aprel 2020 10:59 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) ABŞ-da bu il ortalama gündəlik neft hasilatının 11,8 mln. barel təşkil edəcəyini proqnozlaşdırır, bu da agentlik tərəfindən mart ayında verilən proqnoz ilə müqayisədə 1,4 mln. barel azdır.

"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il ABŞ-da neft hasilatının azalması davam edəcək. Bu azalmanın 0,7 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır (ortalama gündəlik neft hasilatı 11,1 mln. barel həcmində proqnozlaşdırılır).

EIA-nın martda verilən proqnozuna əsasən, 2021-ci ildə ABŞ-da gündəlik neft hasilatının orta hesabla 12,7 mln. barel olacağı gözlənilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR