Aİ Cənub Qaz Dəhlizinin Qərbi Balkanlaradək uzadılmasında maraqlıdır

Aİ Cənub Qaz Dəhlizinin Qərbi Balkanlaradək uzadılmasında maraqlıdır
# 22 dekabr 2020 10:48 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Rusiya idxalından asılılığını azaltmaq məqsədilə Azərbaycandan Cənubi Avropaya qazın nəqlini təmin etmək üçün yaradılan Cənub Qaz Dəhlizinin şimala doğru, Qərbi Balkanlaradək genişləndirilməsində maraqlıdır.

"APA-Economics"in "S&P Global Platts"a istinadən verdiyi məlumata görə, bunu Aİ-nin Qonşuluq və Genişlənmə üzrə avrokomissarı Oliver Varhelyi deyib.

"Bu il Cənub Qaz Dəhlizinin sona çatmasında əldə olunan mühüm irəliləyişə əsaslanaraq, onun Qərbi Balkanlara qədər genişləndirilməsi məsələsini araşdırmaq istəyirik", - O. Varheyli qeyd edib.

Qeyd edək ki, bu ilin sonunadək Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (Trans-Adriatik Qaz kəməri - TAP) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə başlanacaq.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR