Azərbaycan son 10 ildə qaz ixracını 89% artırıb

Azərbaycan son 10 ildə qaz ixracını 89% artırıb
  • Clock-gray 12:53
  • calendar-gray 04 İyun 2020

Azərbaycan son 10 ildə (2010-2019-cı illər) 81,5 mlrd. qaz ixrac edib.

Bu barədə “APA-Economics” ölkənin Energetika Nazirliyininin göstəriciləri əsasında apardığı hesablamalara əsasən xəbər verir.

Məlumata əsasən, son 10 ildə ölkə qaz ixracını kəskin artırıb. Belə ki, əgər 2010-cı ildə Azərbaycan 6,2 mlrd. kubmetr qaz ixrac itmişdirsə, 2019-ci ildə bu göstərici 11,7 mlrd. kubmetrə catıb. Beləliklə, 10 ildə ölkə qaz ixracını 88,7% artırıb.

Energetika Nazirliyinin məlumatına görə, 2019-ci ildə Azərbaycan 35,6 mlrd. kubmetr qaz hasil edib, bu da 2010-cı ilin göstəricisi ilə müqayisədə 35,4% çoxdur.

Emil İsmayılov

Digər xəbərlər