Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
  • Clock-gray 13:23
  • calendar-gray 04 İyun 2020

Bu ilin aprel ayı ərzində bank kartları ilə cəmi 444 mln. manat həcmində nağdsız ödəniş həyata keçirilib.

APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

AMB-nin hesabatına əsasən, ölkədə nağdsız ödənişlərin həcmi mart ayı ilə müqayisədə 12,4% azalıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə əksinə ödənişlərdə 29,5% artım qeydə alınıb.

Ümumilikdə bu ilin yanvar-aprel ayları ərzində nağdsız ödənişlərin həcmi 1783 mln. manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə nağdsız ödənişlərin həcmində 44,5% artım deməkdir.

Nərmin Rəhimova

Digər xəbərlər