Azərbaycandakı bioelektrik stansiyalar son 7 ildə enerji istehsalını 46% artırıb

Azərbaycandakı bioelektrik stansiyalar son 7 ildə enerji istehsalını 46% artırıb
  • Clock-gray 14:31
  • calendar-gray 05 İyun 2020

Azərbaycanda son 7 ildə (2013-2019-cu illər) bioelektrik stansiyalar 1,1925 mlrd. kVt-saat elektrik enerjisi istehsal edib.

"APA-Economics"in Energetika Nazirliyinin məlumatları əsasında apardığı hesablamalara görə, 2013-2019-cu illər ərzində biokütlə ilə işləyən stansiyalar elektrik enerjisinin istehsalını kəskin artırıb. Belə ki, 2013-cü ildə sözügedən stansiyalar 134 mln. kVt-saat elektrik enerjisi istehsal etmişdirsə, 2019-cu ildə bu göstərici 196 mln. kVt-saat təşkil edib. Beləliklə, son 7 ildə artım 46,3% olub.

Qeyd edək ki, hesablamalara görə, 2019-cu ildə Azərbaycan 26 087 mln. kVt-saat elektrik enerjisi istehsal edib. Bu isə 2013-cü ilin göstəricisi ilə müqayisədə 11,7% çoxdur.

Emil İsmayılov

Digər xəbərlər