Gürcüstan Azərbaycandan neft bitumunun idxalını kəskin artırıb

Gürcüstan Azərbaycandan neft bitumunun idxalını kəskin artırıb
  • Clock-gray 16:25
  • calendar-gray 24 Yanvar 2020

2019-cu ildə Gürcüstan Azərbaycandan neft koksu, neft bitumu və neft yağlarının digər qalıqlarının idxalını əvvəlki illə müqayisədə 74,2 dəfə və ya 9 477,7 ton artıraraq 9 606,7 tona çatdırıb.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Bildirilib ki, hesabat dövründə Gürcüstanın idxal etdiyi məhsulun dəyəri 3 087 min ABŞ dollarına bərabər olub, Bu göstərici illik ifadədə 74,6 dəfə artıb.

Qeyd edək ki, 2018-ci ildə Gürcüstan Azərbaycandan bu kateqoriya üzrə ümumilikdə 41,4 min dollar dəyərində 129,5 ton məhsul idxal edib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date