Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci il üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu cüzi yüksəldib.
Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2021-ci ildə qeyri-OPEC üzrə gündəlik neft və kondensat hasilatı 63,8 mln. barel səviyyəsində olacağı gözlənilir ki, bu da öncəki proqnozla müqayisədə 0,03 mln. barel çoxdur.
OPEC-in hesablamalarına görə, ötən il təşkilata daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 62,89 mln. barel səviyyəsində olub, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 2,52 mln. barel azdır.