Rusiyada neftin ixracı üzrə rüsüm artırılır

Rusiyada neftin ixracı üzrə rüsüm artırılır
# 15 yanvar 2021 16:40 (UTC +04:00)

Bu ilin fevralın 1-dən Rusiya neftinə ixrac rüsumu 5,1 ABŞ dolları artaraq bir ton üçün 43,8 dollar təşkil edəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 15 dekabr 2020-ci il – 14 yanvar 2021-cil tarixləri arasında Rusiyanın ixrac etdiyi "Urals" markalı neftinin orta qiyməti bir barel üçün 51,69525 dollar və ya bir ton üçün 377,4 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR